TPL-də 8 cəzalı
04.02.2019 , 11:26

Bu oyunçulardan 4-ü qırmızı, 4-ü sarı vərəqə səbəbindən belə vəziyyətlə üzləşib.
Topaz Premyer Liqasının XV turu 8 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Matc.az xəbər verir ki, bu oyunçulardan 4-ü qırmızı, 4-ü sarı vərəqə səbəbindən belə vəziyyətlə üzləşib.
“Zirə”də daha ağır durumdadı. Bakılılar “Sabah”la görüşdə 3 oyunçusunu itirib. Vüqar Mustafayev birbaşa qırmızı vərəqə üzündən təkcə XVI turu buraxmayacaq. İlkin Qırtımov 8-ci, yeni transfer Bəxtiyar Həsənalızadə 4-cü sarı vərəqə aldığından “Səbail”lə səfər görüşünə çıxmayacaq.
İki komanda – “Qarabağ”, “Sabah” da böyük itki ilə üzləşib. Bu komandaların hərəsi iki üzvünün xidmətindən məhrum olub.
Son çempion “Neftçi” ilə görüşdə qırmızı vərəqə alan Qara Qarayev və 4-cü xəbərdarlıqla üzləşən Mahir Mədətovu itirib. Cütlük “Sumqayıt”la səfər matçını buraxacaq.
“Sabah”da isə Məqsəd İsayev qırmızı, Təmkin Xəlilzadə isə 4-cü sarı vərəqə üzündən cəzalıdı. Onlar “Qəbələ” ilə ev qarşılaşmasında “istirahət edəcək”. Təmkin mövsümdə 3-cü dəfə belə halla üzləşir. O, “Qəbələ”də oynadığı vaxt 2 dəfə qırmızı vərəqə fərqli müddətə cəzalı durumda olub.
“Neftçi” isə “Keşlə” önünə Anton Krivotsyuksuz çıxmağa məcburdu. Buna müdafiəçinin qırmızı vərəqəsi səbəb olub
