TPL: Azərbaycanlı hakimlər üçün yeni geyimlər
11.08.2018 , 20:18

Azərbaycanlı hakimlər yeni formalarına qoşulublar. Ədalət təmsilçiləri bu gün startı götürən Topaz Premyer Liqasının yeni mövsümünə yeni formalarda çıxacaqlar. Hakimlərə “Nike” markalı formalar verilib.
Belə ki, Rauf Cabbarov və onun briqadası “Sumqayıt” və “Neftçi” arasında keçirilən açılış matçına yeni formalarla çıxıblar.
Bir müddət öncə hakimlər yeni formalar almaması ilə bağlı narazılıq etmişdilər.
Qeyd edək ki, AFFA “Nike” şirkəti ilə əməkdaşlıq edir.
