Tovuzda şəhidimizin adına meydança istifadəyə verilib
08.11.2021 , 15:18

Tovuz şəhər stadionunda yer alan təlim-tədris meydançalarından birinə şəhid futbolçu İlqar Zeynallının adı verilib.
Korner.az-ın məlumatına görə, bununla bağlı bu gün Tovuz şəhər stadionunda tədbir keçirilib. Tədbirdə klub nümayəndələri ilə yanaşı şəhid İlqar Zeynallının atası Ayaz Zeynalov, qardaşı Sənan Zeynalov, şəhid ailələri, qazilər, azarkeşlər də iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Bundan başqa stadion ərazisində şəhidlərimizin xatirəsinə bulaq kompleksinin də açılışı olub. Şəhid ailələri göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Unutmarıq, daim qəlbimizdə yaşadacağıq!
