Tovuz şəhər stadionunda son durum – AÇIQLAMA
21.07.2023 , 12:12

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” stadion məsələsində də işləri ləngitməməyə çalışır.
Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Korner.az-a açıqlamasında Tovuz şəhər stadionunda görülən işlərin Premyer Liqanın startına kimi başa çatacağını bildirib:
“Bütün gücümüzü səfərbər etmişik, işlər davam edir. Həm akademiya binasının tikintisi, həm də projektorların quraşdırılması ən qısa zamanda başa çatacaq. Çalışırıq Premyer Liqa oyunlarına kimi işləri tamamlayaq”.
Mina Musayeva
