Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” veloturunda ikinci mərhələyə start verilib.
Korner.az-ın məlumatına görə, 24 ölkəni təmsil edən 25 komandanın üzvləri 10:30-da Velosiped Parkında mübarizəyə start veriblər.
187 km məsafədə yarışacaq idmançılar İsmayıllıda finişə çatacaqlar.
Qeyd edək ki, dünən baş tutan ilk mərhələnin qalibi Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kump olub. İkinci yeri “Androni Giocattoli”ni təmsil edən italiyalı Françesko Kikki tutub. İlk “üçlüy”ü isə Azərbaycan təmsilçisi, “Synergy Baku”nun üzvü Maksim Averin qapayıb.
