“Bakı” ilə oyunda sıradan çıxan “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara əməliyyat olunacaq.
Korner.az–a klubdan verilən məlumata görə, Tounkaranın MRT cavabları Türkiyəyə yollanıb. 4 aylıq sıradan çıxan malili futbolçu qardaş ölkədə əməliyyat olunacaq.
Lənkəran klubunun legioneri bu həftə sonu Türkiyəyə yollanacaq.
