“Roma” klubunun kapitanı Françesko Totti karyerasını başa vurmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, 39 yaşlı italiyalı futbolçu mövsümün sonunda təklif gəlməyəcəyi halda futbolla vidalaşacaq:
“Klubla müqaviləmi yeniləməklə bağlı təklif gəlməyib. Məni “Roma”ya sevgi bağlayır. Heç vaxt komandaya problem yaratmadım. Meydanda və ya tribunada olmağımın fərqi yoxdur. Hər zaman komandaya dəstək olacağam. Əgər yeni təklif gəlməsə, mövsümün sonunda karyeramı başa vuracağam”.
