“Roma”nın futbolçusu Françesko Totti karyerasını bitirmək barədə düşünmür.
Korner.az-ın məlumatına görə, bu barədə “Gazzetta World” nəşri məlumat yayıb.
Totti daha çox oynamaq istəsə də buna nail ola bilməmişdi. Bu səbəbdən daha öncə karyerasını bitirmək barədə düşünən Totti indi fikrini dəyişib. Belə ki, futbolçu klub rəhbərliyinə yeni saziş istədiyini bildirib. Yeni müqavilənin 1 il müddətində olacağı deyilir.
