“Roma”nın canlı əfsanəsi Françesko Totti karyerasını davam etdirmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi gələn mövsümü də “Roma”nın heyətində keçirəcək.
“Canavarlar”ın prezidenti Ceyms Pallotta kapitana yeni 1 illik müqavilə təklif edib. Futbol oynamaqdan yorulmayan “imperator” da bu təklifi müsbət cavablandırıb. Yeni müqaviləyə prezident İtaliyaya döndükdən sonra, yəni mayın axırlarında imza atılacaq. Anlaşmaya əsasən, ulduz futbolçunun qarşıdakı mövsümdə məvacibi 1,1 milyon avro təşkil edəcək.
