İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Tottenhem”in futbolçusu Erik Dayerin transfer olunmasını istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
İddia edilir ki, “qırmızı şeytanlar” mövsümün sonunda ingilis oyunçu üçün 40 milyon avro təklif edəcək.
Xatırladaq ki, 2014-cü ildə “Tottenhem”ə keçən Dayer bu mövsüm 34 oyuna 1 məhsuldar ötürmə edib.
