“Tottenhem”in yeni stadionunun açılış vaxtı bəlli oldu
23.03.2019 , 13:33

İngiltərənin “Tottenham” klubunun yeni tikilən stadionu oyunları qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.
61 minlik tamaşaçı tutumuna malik stadionun tikintisi üçün 1 milyard paund xərclənib. Yeni stadionda ilk görüş 3 aprel tarixinə nəzərdə tutulub. Həmin gün “Tottenham” “Brayton” klubunu qonaq edəcək. Görüş üçün satışa çıxarılan bütün biletlərin satıldığı bildirilir.
Qeyd edək ki, “Tottenham” klubu görüşlərini müvəqqəti olaraq İngiltərənin “Uembli” stadionunda keçirirdi.
