“Tottenhem”in müdafiəçisi zədələndi
09.02.2026 , 19:22
“Tottenhem”in müdafiəçisi Destini Udoji sıradan çıxıb.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçunun bud əzələsindəki zədə ötən həftə “Mançester Yunayted”lə oyunda təzələnib.
Baş məşqçi Tomas Frank bildirib ki, Udoji təxminən 4-5 həftə komandaya kömək edə bilməyəcək:
“Təəssüf ki, Destini zədələnib və növbəti bir ay ərzində bizə dəstək verə bilməyəcək.”
Frank digər zədəli futbolçular barədə də danışıb. Müdafiəçi Kevin Danson bir neçə həftəyə komandaya qayıdacaq. Vinger Deyan Kuluşevskinin isə bu mövsüm oynayıb-oynamayacağı həftə ərzində keçiriləcək tibbi müayinədən sonra məlum olacaq.