“Tottenhem”in futbolçusu hərbi xidmətə başladı
21.04.2020 , 17:38

“Tottenhem”in futbolçusu Son Hın Minin əsgərlik dönəmi başlayıb.
Korner.az xəbər verir ki, o, ölkəsi Cənubi Koreyada 14 günlük karantin müddətini tamamladıqdan sonra Çedjudo adasındakı hərbi hissəyə yollanıb.
Onun xidmət müddəti 3 həftə davam edəcək.
Futbolçunun hazırlıq dövründə bəzi hərbi biliklərə yiyələnəcəyi, silahdan atəş açmağı öyrənəcəyi qeyd olunub.
