“Tottenhem”in çalışdırıcısı cəzalandırıldı
06.03.2019 , 21:00

“Tottenhem” klubunun argentinalı baş məşqçisi Maurisio Poçettinonu cəzalandırılıb.
İngiltərə Futbol Federasiyası 47 yaşlı baş məşqçini “Börnli” ilə görüşün sonunda oyunun baş hakiminə qarşı sərt etiraz etdiyi üçün 2 oyunluq diskalivkasiya edib.
Qeyd edək ki, cəza səbəbi ilə Poçettino “Sauthempton” və “Liverpul” ilə oyunları tribunadan izləyəcək.
