İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Korner.az-ın məlumatına görə, “Tottenhem”in çalışdırıcısı Andre Villaş-Boaş istefaya göndərilib.
Buna səbəb komandanın uğursuz çıxışı və son oyunda “Liverpul”a 5:0 hesablı məğlubiyyət olub. Artıq bu barədə klubun rəsmi saytı da xəbər yayıb.
