“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyununa 7 futbolçunu gətirməməyə qərar verib.
Korner.az-ın məlumatına görə, buna səbəb noyabrın 29-da “Çelsi” ilə oynayacaqları Premyer Liqa qarşılaşmasıdı
Təcrübəli mütəxəssis Mussa Dembele, Deni Rouz və Kayl Uokeri Londonda saxlamağı üstün tutub.
London klubunun daha dörd futbolçusu Nabil Bentaleb, Naser Şadli, Aleks Pritçard və Erik Lamela isə zədə səbəbindən Bakıya gətirilməyib.