“Tottenhem”i o çalışdıracaq
19.05.2023 , 16:59
Antonio Kontenin qovulmasından sonra yeni baş məşqçi ilə hələ anlaşa bilməyən “Tottenhem” seçim etməyə yaxınlaşıb.
Korner.az xəbər verir ki, komandaya “Feyenoord”un baş məşqçisi Arne Slot rəhbərlik edə bilər.
“Skysports”ın yaydığı xəbərə görə, tərəflər arasında danışıqların olduğu və müsbət nəticələndiyi bildirilir.