“Tottenhem”dən yeni transfer
12.08.2020 , 17:07
“Tottenhem” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Sauthempton”dan Pyer-Emil Hoybyerqi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hoybyerq 2016-cı ildən “Sauthempton”da çıxış edirdi.