“Tottenhem”dən yeni transfer
26.09.2023 , 12:51

“Tottenhem” “Hayduk”un 16 yaşlı futbolçusu Luka Vuskoviçi transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı müdafiəçi ilə 2025-ci ilin iyunundan başlamaqla 2030-cü ilin yayına kimi müqavilə imzalanıb.
