“Tottenhem”dən yeni transfer
05.01.2025 , 19:01
“Tottenhem” “Slaviya”nın qapıçısı Antonin Kinskinin transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı qolkiper üçün Çexiya klubuna 16 milyon avro təzminat ödəyib.
Çexiyalı qapıçı yeni klubu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalayıb.