“Tottenhem”dən “Milan”a
04.07.2024 , 12:41

“Tottenhem”in müdafiəçisi Emerson Royal İtaliya klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, “Milan” futbolçunu heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Tərəflər arasında razılığın əldə olunduğu bildirilir. İtaliya klubu futbolçu ilə 5 illik müqaviləyə imza atacağı gözlənilir.
Emersonun bu gün Milana gələcəyi bildirilir.
