“Tottenhem”dən getdi
31.12.2023 , 10:11

“Tottenhem”in qapıçısı Uqo Llorisin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, bundan sonra MLS təmsilçisi “Los-Anceles”in uğurları üçün çalışacaq.
37 yaşlı qolkiperlə 1+2 illik müqavilə imzalanıb.
Lloris 2012-ci ildən “Tottenhem”də çıxış edirdi.
