“Tottenhem”dən ayrıldı, bu kluba keçdi
22.07.2024 , 13:50

“Tottenhem”in futbolçusu Pyer-Emil Heyberq klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, oyunçu karyerasını Fransada davam etdirəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Heyberqin “Marsel”ə keçdiyi bildirilib. O, yeni klubunda icarə əsasında çıxış edəcək.
Sözügedən klub mövsümün sonunda onun transfer hüquqlarına yiyələnə də bilər.
