“Tottenhem”dən “Atletiko”ya?
26.03.2025 , 13:07

“Tottenhem”in futbolçusu Kristian Romero karyerasını “Atletiko”da davam etdirə bilər.
Korner.az xəbər verir ki, Madrid klubu yayda mərkəz müdafiəçini transfer etməkdə maraqlıdır.
İspaniya təmsilçisi argentinalı futbolçunu yaxından izləyir.
Klub bu mövqedə onu ən yaxşı oyunçulardan biri hesab edir.
