“Tottenhem”dəm Fransa klubuna
23.07.2024 , 12:07

“Tottenhem”in futbolçusu Pyer-Emil Hoyberq klubundan ayrılıb.
Korner.az xəbər verir ki, 28 yaşlı oyunçu icarə əsasında “Marsel”də çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisi mövsümün sonunda onu birdəfəlik transfer də edə bilər.
