“Tottenhem”də yeni qapıçı
09.06.2022 , 18:09

“Tottenhem” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, London təmsilçisi “Sauthempton”un qapıçısı Freyzer Forsteri transfer edib.
Bu barədə klubun saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Forster 2014-cü ildən “Sauthempton”da oynayırdı.
