“Tottenhem”də yeni müqavilə
07.12.2023 , 11:09

“Tottenhem” qapıçısı Freyzer Forster ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, qolkiperin sözləşməsi 2025-ci ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qolkiper 2022-ci ilin yayından “Tottenhem”də forma geyinir.
