“Tottenhem”də yeni müqavilə
08.02.2020 , 17:24

“Tottenhem” futbolçusu Troy Perrottun müqaviləsinin müddətini artırıb.
Korner.az xəbər verir ki, London təmsilçisi 18 yaşlı hücumçuyla 2023-cü ilə qədər müqavilə imzalayıb.
2017-ci ilin yayından “Tottenhem”də çıxış edən Perrott, bu mövsüm əsas komanda ilə 2 matça çıxıb.
