“Tottenhem”də yeni müqavilə
19.12.2018 , 12:04

Londonun “Tottenhem” komandasında yeni müqavilə imzalanıb.
“Mahmuzlar” Yan Vertonqenlə müqavilə müddətini uzadıb. 31 yaşlı futbolçu ilə 2020-ci ilə kimi saziş imzalanıb.
Qeyd edək ki, belçikalı müdafiəçi 2012-ci ildə “Ayaks”dan “Tottenhem”ə keçib.
