“Tottenhem”də yeni müqavilə
02.01.2024 , 20:46

“Tottenhem”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Pape Matar Sarrın sözləşməsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2030-cu ilin yayına qədər yenilənib.
