“Tottenhem”də yeni baş məşqçi
20.04.2021 , 19:24

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, London təmsilçisini bundan sonra Rayan Meyson çalışdıracaq.
29 yaşlı mütəxəssis bundan öncə komandada məşqçi kimi çalışırdı.
Qeyd edək ki, Joze Mourinyo ötən gün istefaya göndərilib. Portuqaliyalı baş məşqçi 2019-cu ildən London klubunu çalışdırırdı. Onun müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi.
