“Tottenhem”in yeni baş məşqçisi məlum oldu
02.11.2021 , 18:22

“Tottenhem”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı Antonio Konte idarə edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
O, bu vəzifədə ötən gün istefaya göndərilən Nuno Eşprito Santunu əvəzləyib.
