“Tottenhem”də ciddi itki
11.10.2018 , 20:48

“Tottenhem” ciddi itki ilə üzləşib
London təmsilçisinin müdafiəçisi Yan Vertongen sıradan çıxıb. İngiltərə Premyer Liqasının 7-ci turunun “Haddersfild”lə oyununda (2:0) zədələnən 31 yaşlı futbolçunun dizaltı vətərində problem aşkarlanıb.
Belçikalı oyunçunun dekabr ayından tez meydana qayıtmayacağı bildirilib.
