“Tottenhem”də ciddi itki: Mövsümün sonuna qədər oynamayacaq
04.02.2025 , 19:57

“Tottenhem”in müdafiəçisi Radu Draquşin zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı futbolçu Avropa Liqası Liqa mərhələsinin sonuncu turunda “Elfsborq”la keçirilən matçda zədələnib.
23 yaşlı oyunçunun zədəsinin ciddi olduğu, onun əməliyyat olunacağı diqqətə çatdırılıb.
Futbolçu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.
