“Tottenhem”də ciddi itki
14.05.2025 , 18:55

“Tottenhem” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Deyan Kuluşevski sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”la keçirilən matçda dizindən zədə alan 25 yaşlı oyunçunun əməliyyat olunduğu bildirilib.
