“Tottenhem”də ciddi itki
27.11.2024 , 23:31
“Tottenhem”in qapıçısı Qulyelmo Vikario sıradan çıxıb.
Korner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Angelos Postekoqlu açıqlamasında bildirib.
Qolkiperin bir neçə ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
28 yaşlı oyunçu Premyer Liqanın 12-ci turunda “Mançester Siti”yə qarşı keçirilən oyunda topuğu sınaraq sıradan çıxıb.