“Tottenhem”də ciddi itki
26.11.2024 , 19:49
“Tottenhem” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Qulyelmo Kikario sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı qapıçı Premyer Liqanın 12-ci turunun “Mançester Siti” ilə matçında (4:0) zədələnən qolkiperin sümüyündə sınıq aşkarlanıb.
28 yaşlı oyunçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.