“Tottenhem”də ciddi itki
10.03.2020 , 17:45

“Tottenhem” ciddi itkiylə üzləşib.
Korner.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Stiven Berqveyn sıradan çıxıb.
Premyer Liqanın XXIX turunda “Bernli” ilə qarşılaşmada (1:1) zədələnən niderlandlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
O, bu gün komandasının Çempionlar Liqasında “Leypsiq”ə qarşı keçirəcəyi matçı buraxacaq.
