“Tottenhem”də ciddi itki
12.04.2019 , 10:32

İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” klubu ciddi itkiylə üzləşib.
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə matçda zədələnən Harri Keynin mövsümü başa vurub. Rəqibin futbolçusu Fabian Delflə mübarizə zamanı oyunu yarımçıq tərk edən 25 yaşlı hücumçunun durumu ciddidir.
Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm Premyer Liqada 28 oyuna 17 qol vurub.
