“Tottenhem” yeni transferini rəsmən açıqladı
29.01.2020 , 21:36

“Tottenhem” heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi PSV-dən Stiven Berqveyni transfer edib.
Yarımmüdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb.
Berqveyn cari mövsümdə PSV-nin heyətində iştirak etdiyi 29 oyunda 6 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
