“Tottenhem” yeni transferini rəsmən açıqladı
14.01.2026 , 21:10
“Tottenhem” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Atletiko”nun (Madrid) yarımmüdafiəçisi Konor Qallaheri transfer edib.
Bu barədə klubun mərbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Konor cari mövsümdə bütün turnirlərdə 27 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.