“Tottenhem” yeganə klubdur ki …
10.08.2018 , 12:27

İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” son 15 ildə yay fasiləsi zamanı heç bir futbolçu transfer etməyən yeganə klub olub
Buna baxmayaraq, baş məşqçi Maurisio Poççetino vəziyyətdən narahat deyil. O bildirib ki, yaxşı futbolçular transfer edə bilməsə də, öz heyətindəki yaxşıları saxlamağa nail olub: “Fikrimcə, klub ən yaxşı futbolçularını heyətdə saxlamaqla əla iş gördü”.
Qeyd edək ki, İngiltərədə “transfer pəncərəsi” avqustun 9-da bağlanıb. Klublar bundan sonra yalnız oyunçularını sata bilərlər. Yay fasiləsində bazarda ən fəal klub “Liverpul” olub. “Qırmızılar” 4 futbolçuya ümumilikdə 164 milyon funt sterlinq ödəyiblər.
