"Tottenhem" klubu aparıcı futbolçusu Rafael Van Der Vartı satışa çıxarıb.
Korner.az-ın məlumatına görə, komandaya yeni cəlb olunan baş məşqçi Andres Vilas Boaşın, Van Der Vartı heyətdə görmək istədiyi lakin, yeni transferlər etmək üçün hollandiyalını göndərmək istədiyi bildirilir.
Qeyd edək ki, 2009-cu ildə "Tottenhem"ə keçən futbolçu artıq "Şalke" və "Hamurq" kimi klubların maraq dairəsindədir.