“Tottenhem” Tomas Frankla yollarını ayırdı
11.02.2026 , 16:36
“Tottenhem” klubu baş məşqçi Tomas Frankla müqaviləyə xitam verib.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qərara komandanın son dövrlərdə göstərdiyi qeyri-sabit çıxış səbəb olub. London təmsilçisi keçirdiyi son 5 oyunun cəmi birində qalib gəlib. Hazırda “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 26 xalla 16-cı pillədə qərarlaşıb.
52 yaşlı mütəxəssis 2025-ci ilin iyul ayından etibarən komandaya rəhbərlik edirdi. Tomas Frank daha əvvəl “Brentford”, “Bröndbi” klublarında və Danimarkanın U-21 milli komandasında çalışıb.