“Tottenhem” Son Hın-Minlə müqavilə yenilədi – Rəsmi
07.01.2025 , 15:30
“Tottenhem”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçusu Son Hın-Min ilə sözləşməni uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər yenilənib.
Son 2015-ci ilin yayından “Tottenhem”də forma geyinir.