Avroliqanın qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Tottenhem” klubunun zədədən əziyyət çəkən futbolçusu Heun-Min Son zədəsini sağaldıb.
Korner.az-ın məlumatına görə, cənubi koreyalı futbolçu Heun-Min Son komanda ilə birgə məşqlərə start verib.
İlk oyunda “Qarabağ”a iki qol vuran futbolçunun cavab görüşündə də meydanda olacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” görüşü noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.