İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem” “Stok Siti”ni qəbul edib.
Korner.az-ın məlumatına görə, meydan sahibləri 4 cavabsız qolla qalib gəlib.
Matçda “Tottenhem”in futbolçusu Hari Keyn oyunda het-trik edib. Futboçu qarşılaşmanın 14-cü, 35-ci və 37-ci dəqiqələrində fərqlənib. Oyunun 45-ci dəqiqəsində Dele Alli Hari Keynin ötürməsini qola çevirərək yekun hesabı müəyyən edib: “Tottenhem” 4-0 “Stok Siti”
Bu nəticədən sonra “Tottenhem” 53 xalla müvəqqəti olaraq 2-ci yerə yüksəlib. “Stok Siti” 32 xalla 10-cu sıradadır.
