“Tottenhem” qərarını dəyişdi
14.04.2020 , 16:12

“Tottenhem” koronavirus pandemiyasına görə tətilə göndərdiyi işçiləri ilə bağlı qərarını dəyişib.
Korner.az xəbər verir ki, London təmsilçisinin bir müddət öncə açıqladığı qərarda həmin işçilərin maaşlarının dövlət tərəfindən alacağını açıqlamışdı.
Lakin rəhbərlik qərarını dəyişdiyini açıqlayıb. Rəhbərlikdə çalışanlar istisna olmaqla, qalan bütün işçilər aprel və may ayları üçün bütün maaşlarını klub tərəfindən alacaqları bildirilib.
