“Tottenhem” onun üçün 40 milyon avro ödəyəcək
14.01.2026 , 17:30
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaxer, “Tottenhem”ə transferini tamamlamadan əvvəl tibbi müayinədən keçib.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 25 yaşlı futbolçu ilə London klubu arasında 5,5 illik müqavilənin bağlanacağı qeyd olunub.
Bildirilir ki, “Tottenhem” bu transferə görə 40 milyon avro ödəyəcək.
Cari mövsümdə Qallaxer La Liqada 19 oyunda 2 qol vurub, Çempionlar Liqasında isə 6 matçda 1 qol qeyd edib.