İngiltərənin
“Tottenhem” klubu gözünü “Çelsi”nin hücumçusu Romel Lukakuya dikib. Korner.az-ın
məlumatına görə, belçikalı futbolçu klub rəsmilərinə bu yay komandadan ayrılmaq
istədiyini bildirib. Bundan istifadə edən “Tottenhem” Mourinyonun komandasına Lukaku üçün 20 milyon
funt təklif edib.
Qeyd
edək ki, Romel Lukakunu Madrid “Atletiko”su da cəlb etmək istəyir.
